İran nüvə silahının inkişafına çalışır.
KONKRET.az APA-ya istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, İsrailin varlıq təhdidi ilə üzləşdiyini və İranın “ölümcül silahlar” hazırlamağa çalışdığını bildirib.
Netanyahu bunun İsrailə təhdid yaratdığını vurğulayıb.
“Buna görə də bu təhlükəni birdəfəlik aradan qaldırmağın yalnız bir yolu var – İrandakı rejimi devirmək və bu, İsrail Müdafiə Qüvvələrinə, “Mossad” və təhlükəsizlik orqanlarına verdiyim göstərişdir. Dostum Prezident Tramp da bunun yeganə yol olduğu qənaətindədir. O, bir neçə gün əvvəl demişdi ki, biz işi bitirməyə hazırıq, amma bunu yalnız sizinlə – İsrail dövləti ilə edəcəyik”, – Netanyahu qeyd edib.
İsrailin Baş naziri İranın Ali Rəhbəri Müctəba Xameneinin baş verənlərdən “dərs çıxarmadığı”nı, “atasının yolu ilə getdiyini” iddia edib.
