Netanyahu: İrana hücumlar yaxın günlərdə daha da güclənəcəkbackend

Netanyahu: İrana hücumlar yaxın günlərdə daha da güclənəcək

İsrailin baş naziri Benyamın Netanyahu İrana qarşı hücumların qarşıdakı günlərdə daha da intensivləşəcəyini bəyan edib. O bildirib ki, İsrail qüvvələri artıq Tehranın “ürəyinə” artan güclə zərbələr endirir və bu proses davam edəcək.

KONKRET.az xəbər verir ki, İsrailin baş naziri ölkəsinin hazırda misli görünməmiş miqyasda hərbi kampaniyada iştirak etdiyini vurğulayıb.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri indiyədək olmadığı qədər bütün hərbi gücünü səfərbər edib və məqsəd İsrailin mövcudluğunu və gələcəyini təmin etməkdir.

Netanyahu əlavə edib ki, Amerika Birləşmiş Ştatları ilə birgə səylər nəticəsində uzun illər ərzində qarşıya qoyduğu hədəfə çatmaq imkanı yaranıb. O qeyd edib ki, məqsəd “terror rejiminə” qarşı həlledici zərbə endirməkdir.

Natiq Səlm,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*