İsrailə məxsus “Ice Breaker” tipli yüksək dəqiqlikli idarəolunan raketlərlə Tehranda yerləşən hərbi komandanlıq mərkəzinə zərbə endirildiyi bildirilir. Yayılmış kadrlarda hədəfin dəqiq vurulduğu əks olunur.
KONKRET.az xəbər verir ki, “Ice Breaker” raketləri yüksək dəqiqlikli silah kateqoriyasına daxildir. Bu tip raketlər xüsusi yönləndirmə sistemləri ilə təchiz olunur və uçuş zamanı manevr etmək qabiliyyətinə malikdir.
Məlumata görə, yüksək dəqiqlikli idarəolunan raketlər konkret nöqtəvi hədəfləri böyük ehtimalla vurmaq üçün nəzərdə tutulur və adətən hədəfdən yayınma göstəricisi bir neçə metri keçmir. Bu xüsusiyyət onları strateji və hərbi obyektlərə qarşı effektiv silah vasitəsinə çevirir.
Natiq Səlm,
KONKRET.az
