Netanyahu seçkilərdə iştirak edəcəkmi? – Partiyası açıqladıbackend

Netanyahu seçkilərdə iştirak edəcəkmi? – Partiyası açıqladı

İsrailin Baş naziri Benyamin Netanyahu qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürəcək.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə Netanyahunun lideri olduğu “Likud” partiyası bəyanat yayıb.

“Baş nazir Netanyahu qarşıdakı seçkilərdə iştirak edəcək”, – partiyanın bəyanatında vurğulanıb.

Bəyanatda Netanyahunun qalib gələcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABC News-a müsahibəsində Netanyahunun seçkilərdə iştirak etməyi planlaşdırıb-planlaşdırmadığını bilmədiyini deyib.

Xatırladaq ki, İsraildə seçkilərin oktyabr ayında keçiriləcəyi gözlənilir. Bu, İsraildə 2023-cü il 7 oktyabr hadisələrindən sonra ilk seçki olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*