İyulun 9-da Netanyahu və Tramp arasında ikinci görüş keçirilib.
KONKRET.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 9-da ikinci dəfə görüşüblər. Görüş təxminən bir buçuq saat davam edib, jurnalistlər iştirak etməyib və görüşdən sonra mətbuata rəsmi açıqlama verilməyib.
Görüşdən sonra Netanyahu bildirib:
“Biz girovların azad edilməsi istiqamətində səylərimizi fokuslayırıq. Bir dəqiqə belə geri çəkilməyəcəyik. Məqsədimiz bütün girovları – həm sağ, həm də şəhid olmuş – azad etmək, HƏMAS-ın hərbi və siyasi potensialını aradan qaldırmaqdır. Beləliklə, Qəzza zolağı İsrail üçün artıq təhdid yaratmayacaq.”
Baş nazir əlavə edib:
“Biz həmçinin İran üzərində qazandığımız böyük qələbənin nəticələri və perspektivlərini müzakirə etdik. Bu, sülh dairəsinin genişlənməsi, İbrahim Sazişlərinin inkişafı üçün imkanlar açır. Biz bunun üçün tam səy göstəririk.”
Müşviq Tofiqoğlu
KONKRET.az