Niderland sonuncu F-16 qırıcılarını Ukraynaya göndərdibackend

Niderland sonuncu F-16 qırıcılarını Ukraynaya göndərdi

Niderland Müdafiə naziri Ruben Brekelmans ölkəsinin Ukraynaya göndərdiyi F-16 qırıcıları ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə nazirliyi məlumat yayıb.

“Sonuncu Niderland F-16-ları artıq Ukraynaya yola salınıb. Rusiya tərəfindən həyata keçirilən amansız hava hücumları bu təyyarələrin nə qədər vacib olduğunu hər gün bir daha göstərir. Biz Ukraynaya dəstəyimizi davam etdiririk – sursat, ehtiyat hissələri göndərir, pilotların təlimini həyata keçiririk”, – deyə Brekelmans qeyd edib.

Xatırladaq ki, Niderland 2024-cü il oktyabrın 6-da Ukraynaya ilk F-16-ların göndərildiyini açıqlamışdı.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*