Niels Arestrup vəfat etdibackend

Niels Arestrup vəfat etdi

Fransız aktyor Niels Arestrup bu gün 76 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə “France-Presse”-ə onun həyat yoldaşı və mətbuat katibi məlumat verib.

Aktyor Paris ətrafındakı Ville d’Avraydakı evində ailəsinin əhatəsində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmayıb.

Aktyor “Ürəyim döyünməyi dayandırdı”, “Peyğəmbər”, “Onun adı Saradır”, “Döyüş atı”, “Orada əlvida”, “Van Qoq. Əbədiliyin astanasında” və s. filmlərdə rol alıb.

Niels Arestrup Fransa İncəsənət və Texnologiyalar Kinematoqrafiya Akademiyası tərəfindən “Ürəyim dayandı” və “Peyğəmbər” filmlərində ikinci planda ən yaxşı aktyor kimi iki dəfə “Sezar” mükafatına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*