Nigeriyada xüsusi əməliyyatda xeyli insan öldürülübbackend

Nigeriyada xüsusi əməliyyatda xeyli insan öldürülüb

Nigeriyanın şimalındakı Zamfara əyalətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində 25 silahlı dəstə üzvü məhv edilib.

KONKRET.az xəbər verir ki, əməliyyat silahlı dəstə üzvlərinin yerləşdiyi Zamfara əyalətinin Gidan Goga bölgəsində həyata keçirilib. Çoxmillətli Birgə Qüvvələrin (MNJTF) sözçüsü Abubakar Abdullahi bildirib ki, əməliyyat zamanı 25 dəstə üzvü zərərsizləşdirilib, daha 18 silahlı isə yaralı qaçıb. Abdullahi girovluqda olan 7 nəfərin azad edildiyini və dinc sakinlər arasında itki olmadığını vurğulayıb. Bununla belə, yerli media əməliyyat nəticəsində 16 mülki şəxsin həlak olduğunu bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*