Novorossiyskdə yaşayan rusiyalı qadın bir gecəlik odessalıların həyatını yaşadı – VİDEObackend

Novorossiyskdə yaşayan rusiyalı qadın bir gecəlik odessalıların həyatını yaşadı - VİDEO

Rusiyanın Novorossiysk şəhərinə gecə saatlarında PUA hücumu zamanı yerli sakinlərdən birinin yaşadığı qorxu sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

KONKRET.az xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işləyib, yaşayış binaları da daxil olmaqla bir sıra obyektlərə ziyan dəyib. Rusiya tərəfinin məlumatına görə, hücum nəticəsində ölənlər də var.

Hadisəni şərh edən paylaşımda isə ironik şəkildə qeyd olunur ki, Novorossiyskdə yaşayan rusiyalı qadın cəmi bir gecəlik Odessada yaşayan insanların nələr keçirdiyini hiss edib və şəhərdəki atmosferə baxdıqda, az qala vəsiyyətnaməsini yazmağa hazır olub.

Qeyd edək ki, Odessa da son illərdə mütəmadi hava hücumlarına məruz qalır. Avqustun 9-na keçən gecə şəhər və vilayətə kütləvi raket və PUA hücumu nəticəsində yaşayış binaları və mülki infrastruktur zərər görüb, xəsarət alanlar olub.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*