Nurupaşa Abdullayevin vəsatəti təmin edilmədi – Yenilənibbackend

Nurupaşa Abdullayevin vəsatəti təmin edilmədi - Yenilənib

Səbail rayon Məhkəməsində Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirməsi bağlı məhkəməyə vəsatətinə baxılıb.

KONKRET.az-ın məlumatına görə, N. Abdullayevin vəsatəti təmin edilməyib.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirməsi ilə bağlı məhkəməyə müraciət edib.

KONKRET.az-ın məlumatına görə, sabiq şöbə rəisinin müraciəti Səbail rayon Məhkəməsində icraata götürülüb. Vəsatətə hakim İlkin Rüstəmlinin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*