NYT: Trampın Rusiya ilə “dizel razılaşması” Ukraynaya zərbə vurdubackend

NYT: Trampın Rusiya ilə “dizel razılaşması” Ukraynaya zərbə vurdu

ABŞ və Rusiya arasında əldə olunan “dizel razılaşması” Ukrayna və onun Avropadakı müttəfiqləri üçün ciddi zərbə olub.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, razılaşmanın elan edilməsi həmin vaxt Mayamidə ABŞ nümayəndələri ilə görüşən Ukrayna və Avropa rəsmiləri üçün gözlənilməz olub.

Kiyev qərarı “zəif” və “tərəfdaşlığa layiq olmayan” addım kimi qiymətləndirib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas isə Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının Moskvanın müharibəni davam etdirməsi üçün əlavə gəlir əldə etməsinə şərait yaradacağını bildirib.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Kiyevə təzyiqləri artıraraq Ukraynadan Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib və açıq şəkildə ölkəyə “yeni prezident seçməyi” tövsiyə edib.

“The New York Times”ın qiymətləndirməsinə görə, Vaşinqtonun güzəştləri müqabilində Rusiya Prezidenti Vladimir Putin müharibəni davam etdirməkdən başqa heç bir qarşılıq təklif etməyib. Razılaşma elan edildikdən bir neçə dəqiqə sonra isə Kreml danışıqları bərpa etmək niyyətində olmadığını təsdiqləyib.

Qəzet Ağ Evin qərarını Trampın daxili siyasi hesablamaları ilə əlaqələndirir.

Nəşrin fikrincə, ABŞ prezidenti aralıq seçkiləri ərəfəsində yanacağın qiymətini aşağı salmağa çalışır və bu məqsədlə Rusiyadan qarşılıqlı öhdəliklər tələb etmədən Kiyevi Moskvaya təzyiq vasitələrindən imtina etməyə sövq edir.

Məqalədə qeyd olunur ki, bu razılaşma faktiki olaraq Vaşinqtonu Ukraynaya qarşı Moskva ilə eyni mövqedə dayanmış kimi göstərir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*