Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı araşdırmalara başlayıb.
KONKRET.az bildirir ki, bu barədə “Report”a DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli məlumat verib.
Qeyd edək ki, sosial şəbəkədə Bakının Nizami rayonunda 9 yaşlı Ə. M. İlqar qızının ögey anası Ülkər tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
