Oktyabrın 20-də saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində uşaq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəs baş verib.
KONKRET.az xəbər verir ki, qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov 7 yaşlı oğlu Usamə Süleymanlını qucağına alaraq “BMW” markalı avtomobilə əyləşib. Bu zaman azyaşlı uşaq sürüşərək sürət pedalına sıxılıb. Nəticədə avtomobil hərəkətə gələrək hasara çırpılıb.
Hadisə nəticəsində azyaşlı U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.