Bütün dövrlərdə mütəşəkil cinayətkarlıq mövcud olub və dünyanın hər yerində mafiyalar dövlətin üst qatlarına qədər uzanıb. Avropada, Amerikada cinayətkar şəbəkələr bütün sahələrə təsir imkanları ilə diqqəti cəlb ediblər. Asiyada da mütəşəkkil cinayətkarlıq geniş yayılıb və az qala ənənə halını alıb. Yaponiyada yakuzalar bütün dünyada məhşurdur. Şimal qonşusundan geri qalmayan Koreya da bu ənənənin daşıyıcısı olub. Mütəşəkkil cinayətkarlıq zaman-zaman Koreyada ictimai həyata öz təsirini göstərib. Koreyalıların cinayətlər törətməsində əsas pay sahibləri yaponlar hesab edilir. Yəni, koreyalıları pis yola vadar edən yaponlardır. Ötən əsrin əvvəllərində Seulda yoxsulluq küçə cinayətlərinə səbəb olub. Kənd yerlərindən gələn koreyalılar o qədər kasıb dolanıblar ki, bir parça çörək tapmaq onlar üçün müşkülə çevrilirmiş. Bəlkə də kütləvi cinayətkarlığa aparan yolun başlanğıcı elə aclıqdan başlayır. Əlacsız qalan insanlar qrup halında cinayətlər törətməyə üstünlük verirlər və bununla da pis ənənənin təməli qoyulur.
Taedongdan olan Hayaşi ilk koreyalı qanqster hesab edilir. Lakin o, özünü koreyalı yox, yapon cinayətkarı hesab edirdi. Hayaşi 5 yaşında olanda ailəsi Yaponiyaya köçüb. Bu aləmdə Hayaşi tək deyildi. Həmin dövrdə bir çox etnik koreyalılar həvəslə yapon cinayətkarlarla əlaqələr qurdular. Hayaşi Toyama Mitsuranın rəhbərliyi altında işləyən bir neçə nəfərdən biri idi. Mitsura gənc oğlanı yüksək qiymətləndirdi ki, onu Seuldakı təşkilatı idarə etməyə göndərdi. Yeni işində Hayaşi ümidləri doğrultdu. Onun adamları bir neçə məhəlləyə nəzarət edirdilər və onun gəliri yeraltı fahişəxanalar, soyğunçuluq və reketçilikdən gəlirdi. Dəstənin əsas üzvləri etnik yaponlardan təşkil olunmuşdu. Lakin Hayaşi həmişə “bacarıqlı” koreyalılara sahib olmaqdan məmnun idi.
Yerli Seul dəstələri Hayaşiylə rəqabətdə uduzurdular. Seuldan olan dəstə üzvləri intizamsız idilər. Onlar daim pul qıtlığı yaşayır və bu ehtiyac onları tamamilə düşünülməmiş cinayətlər törətməyə məcbur edirdi. Bu da yerli hüquq-mühafizə orqanlarının diqqətindən yayınmırdı. Koreyalılar amansız döyüşçülər kimi məşhur idilər, lakin onların cinayətkar fəaliyyətinin “tavanı” hamıya məlum idi. Yeganə istisna Kim Ki-hvan adlı keçmiş boksçu hesab olunurdu. Bar və fahişəxanaları çox olan Conqno ərazisinə o nəzarət edirdi. Bu fahişəxanalardan biri də Hvanqın tezliklə menecer olduğu Umikan teatrı idi. Ancaq tezliklə mövcud qaydaları dəyişən bir adam tapıldı. Onun adı Kim Doo-Han idi. O, 1918-ci ildə əsl qəhrəman ailəsində anadan olub. Atası Koreyanın müstəqilliyi uğrunda canından keçmiş Kim Çva Cin idi. Hələ uşaq ikən Du-Han yetim qalıb. O, Seul küçələrində sədəqə toplamalı və digər küçə uşaqları ilə döyüşməyə məcbur idi. Kim təklikdə küçələrdə çətin sağ qala bilərdi. Li Sanq Vuk adlı bir oğlanla dostluğu onun həyatını tamam dəyişdi. Hvanqla Kim arasındakı görüşün nə vaxt və hansı şəraitdə baş tutduğu bilinmir. Kimi mütəşəkkil cinayətlə tanış edən Hvanq idi. 18 yaşına kimi Kim özünü blokun əsl ustası hesab edə bilərdi. Rayonun keçmiş cinayətkar lideri Kim Ki-hvan həmin vaxt artıq dəmir barmaqlıqlar arasından boylanırdı. Ətrafına 70-ə yaxın adam toplayan Du-Han yaponlarla açıq qarşıdurmadan çəkinmirdi. Hayaşi üçün belə bir dəstənin meydana çıxması heç də arzu edilən deyildi. Du-Han öz xalqına fərdi olaraq yaponlardan daha güclü olduqlarını aşılaya bildi. O bildirdi ki, yaponlardan qətiyyən qorxmasınlar. Yakuzaya “xərac” verən tacirlərə tapşırıldı ki, bundan sonra heç kimə heç nə verilməsin. Bununla da yaponlarla koreyalılar arasında qarşıdurma bir qədər də ciddiləşdi. Həmin “müharibələrin” keçmiş iştirakçılarından biri xatırlayırdı ki, tərəflər səhər tezdən, kimsəsiz küçələrdə münasibətlərə aydınlıq gətirirdilər. Əksər hallarda polis bu qarşıdurmadan xəbər tuta bilmirdi. 1945-ci ildə yaponlar Koreyanı tərk etdilər və Kim Du-Han bütün Seulun ağası oldu. Maraqlıdır ki, yakuzaların təsiri zəifləsə də, Hayaşi nəinki Koreyada qaldı, hətta Du-Hanla dostluğa da başladı. Dünənki rəqiblər artıq yaxın dost idilər. İkinci Dünya Müharibəsindən sonra Koreya bölündü. Kim gələcəyini siyasətlə bağladı. Onun rəhbərlik etdiyi “Umikan” dəstəsi siyasi mübarizəyə başladı. Kimin dəstəsi kommunistləri Koreyadan qovmaq üçün hərəkətə keçdi. “Umikan” solçu partiyaların piketçilərinə hücum etdi və açıq terrora laqeyd yanaşmadı. Kim Doo Han milli qəhrəman hesab edilirdi. Bununla da o, hökumətin üzvü olmağı bacardı. Belə yüksək vəzifə ondan müəyyən məsuliyyət tələb edirdi. Ona görə də “Umikan” bir çox gəlir sahələrindən əl çəkdi. Lakin onun oğru yoldaşlarının çoxu kifayət qədər siyasi karyera qura bildilər. “Umikan”ı küçələrdə Li Chong-jaenin başçılıq etdiyi Dongdaemon dəstəsi əvəz etdi. O, küçə zorakılığından uzaqlaşmağa çalışan Kimin himayədarı idi. Lakin yenə də dəstə siyasətinə təsir edirdi. Dongdaemon küçə döyüşlərini yeni mərhələyə qaldırdı. İndi dəstə Koreya parlamentində iğtişaşlar törətməkdən belə çəkinmirdi. Təxminən 10 il ərzində o, ölkədəki bütün müxalifləri susdurdu. 1950-ci illərin sonlarında o vaxtkı Koreya hakimiyyətinin korrupsiya əməllərinin əks sədası bütün dünyaya yayıldı. 18 aprel 1960-cı ildə Seul Dongdaemon döyüşçülərinin hücumuna məruz qaldı. Bu hücum ictimaiyyəti o qədər qəzəbləndirdi ki, şəhərdə iğtişaşlar başladı. Hərbçilər hakimiyyəti ələ keçirdilər. Kim Doo Han və Li Çen Çjen həbs olundular. Qiyamçılar onları edam etdi. Doo Han həbsdən qaçdı və siyasi karyerasını davam etdirdi. Amma Jung Jae-nin ölümü hərəkatın məğlubiyyəti idi və bu da onun sağlamlığına ciddi təsir etdi.1972-ci ildə isə yakuzaya təkbaşına meydan oxuyan adam öldü.
Vəli Həsənoğlu,
KONKRET.az