Azərbaycanda ayı parçaladığı deyilən uşaq təcavüzə uğrayıb? – YENİLƏNİBbackend

Azərbaycanda ayı parçaladığı deyilən azyaşlı təcavüzə uğrayıb? - YENİLƏNİB

Oğuzun Xaçmaz kəndində meyiti tapılan 12 yaşlı oğlana təcavüz edilməsi barədə iddia yayılıb.

Bildirilir ki, oğlan suvarma üçün arxa su qoymağa gedərkən gənc kişi tərəfindən zorakılığa məruz qalıb. İddia olunur ki, saxlanılan var.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov oxu.az-ın sorğusuna cavab olaraq deyib ki, məsələ ilə bağlı ilkin ekspertiza rəyi var:

“Uşaq vəhşi heyvanın hücumuna məruz qalıb”.

E.Zahidov söyləyib ki, uşağın təcavüzə məruz qalması və kiminsə saxlanılması barədə məlumatlar yalandır.

***

14:33
Oğuzun Xaçmaz kəndində meyiti tapılan 12 yaşlı oğlanın ölümü ilə bağlı bəzi təfərrüat ortaya çıxıb.

KONKRET.az axar.az-a istinadən xəbər verir ki, kənd sakinlərinin məlumatına görə, oğlanı ayı parçalamayıb. Ehtimal olunur ki, oğlan arxa su qoymağa gedərkən başqa bir cavan oğlan tərəfindən zorakılığa məruz qalıb.
Ehtimal olunur ki, bundan sonra əməlinin yayılacağından ehtiyat edən gənc 12 yaşlı oğlanı öldürüb və yaxınlıqdakı çaya atıb.

Bildirilir ki, artıq şübhəli şəxs tutularaq istintaqa cəlb olunub.

Meyit ekspertizaya verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*