“Son günlər Bakıda və ölkənin digər bölgələrində müşahidə olunan yüksək temperatur normadan artıq deyil və iyul ayı üçün xarakterik hava şəraitidir”.
Bu barədə KONKRET.az-a açıqlamasında meteoroloq Cavid Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hazırda müşahidə olunan həm orta, həm də maksimal temperatur göstəriciləri iqlim normasına uyğundur.
“Bakıda və Abşeron yarımadasında havanın temperaturu 25-27 dərəcə selsi, maksimal temperaturlar isə 32-37 dərəcə arasında dəyişir. Bu göstəricilər iqlim normalarına yaxındır və iqlim dəyişikliklərinin təzahürü kimi qiymətləndirilə bilməz”.
Cavid Hüseynov bildirib ki, yaxın günlərdə də rekord temperatur göstəriciləri gözlənilmir:
“Maksimal və orta temperatur göstəriciləri iqlim normasına yaxın olaraq davam edəcək”.
Aynurə İsmayıl
KONKRET.az