Ölkələr HƏRƏKƏTƏ KEÇİR: Dollar UCUZLAŞACAQ?backend

Ölkələr HƏRƏKƏTƏ KEÇİR: Dollar UCUZLAŞACAQ?

Ukrayna Avropa ilə daha güclü əlaqələr fonunda ABŞ dollarından avroya keçməyi düşünür.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters”ə ölkənin Milli Bankının rəhbəri Andrey Pışnıy bildirib.

Bundan əlavə, BRICS ölkələri ticarətdə ABŞ dollarından imtinanı tez-tez gündəmə gətirir.

Maraqlıdır, bu mesajlar dünya ticarətində dollardan imtinanın başlanğıcı hesab oluna bilər?

İqtisadçı Xalid Kərimli deyir ki, Baydendən fərqli olaraq Donald Trampın prezidentliyi dövründə vəziyyət fərqlidir. Tramp dollardan imtina edən ölkələri sanksiyalarla hədələyir.

Ekspert hesab edir ki, bu baxımdan BRICS ölkələrinin dollardan imtina etməsi könüllü proses deyil. ABŞ-nin dollardan spekulyativ olaraq istifadə etməsi dünyada narahatlıq yaradır. Qızıla tələbatın artmasına səbəb də budur.

İqtisadçı Eldəniz Əmirov isə Ukraynanın dollarla bağlı fikrinin ABŞ ilə olan münasibətlərindən qaynaqlandığı qənaətindədir.

Ekspertlər hesab edirlər ki, qlobal iqtisadiyyatdakı mövcud amillər yaxın 10 ildə dollardan imtinanı mümkünsüz edir. Burada proseslər dollardan yan keçməyə çalışan ölkələrin atdığı addımlardan çox ABŞ-nin yürütdüyü siyasətdən asılıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*