Ölüm şəhadətnaməsi labirinti: Bürokratiyanın səbəbi nədir? backend

Ölüm şəhadətnaməsi labirinti: Bürokratiyanın səbəbi nədir? 

“Adam bilmir ölüsünü yerdən götürməklə məşğul olsun, yoxsa sənədlərinin arxasınca düşsün.”

KONKRET.az xəbər verir ki, bu sözləri jurnalist Könül Aypara sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, vətəndaşların ölüm şəhadətnaməsini əldə etmək üçün hansı orqanlara müraciət etməli olduqlarını bilməməsi və qarşılaşdıqları bürokratik əngəllər ciddi gərginlik yaradır: “Təcili Tibbi Yardım Xidməti ölüm faktını qeydə alır. Lakin “ölüm kağızı” deyilən sənəd verilmir. Xəstəxanalar isə vətəndaşlara bu sənədi almaqdan ötrü məhkəməyə müraciət etməyi tövsiyə edir. Gərginlik içində olan ölü yiyəsi bilmir yas mərasimi hayında olsun, yoxsa sənədlərin arxasınca düşsün”.

K.Aypara qeyd edib ki, iyul ayının 14-də Xırdalan parkında baş verən hadisə zamanı mərhumun ailəsinin üzləşdiyi durum, artıq ölümün səbəbi bəlli olduğu halda belə vətəndaşların çətinliyə salınmasının mənasızlığını göstərir: “Artıq ad var, soyad varsa, ölümün səbəbi “ürəktutma” kimi qeydiyyata salınıbsa, vətəndaşı çək-çevirə salmağın mənası nədir, görəsən? Bir arayışı vermək mümkündürsə, daha bir quruma müraciət etmək, günlərlə gözlətdirmək kimə xoş təəssürat bağışlayır. Və ya, yox əgər belə bir qanun varsa, olmazmı ki, vətəndaşlar incidilməsin? Problemin həlli üçün hər halda, alternativ yollar var, sadəcə olaraq, baş işlətmək lazımdır, insanları ora-bura işlətmək yox! BAŞ!”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*