Yay aylarının xəbərçisi sayılan Malta alması təkcə dadı ilə deyil, sağlamlığa faydaları ilə də adından söz etdirir. Mütəxəssislər bildirir ki, mövsümündə istehlak olunan bu qızılı rəngli meyvənin bir çox xəstəliyə qarşı qoruyucu təsiri var.
KONKRET.az xəbər verir ki, Aralıq dənizi iqliminə xas olan və xalq arasında “Yeni Dünya” adı ilə tanınan Malta alması zəngin vitamin və minerallarla diqqət çəkir. Lif baxımından olduqca zəngin olan bu meyvə həzm sistemindən tutmuş immun sisteminə qədər bir çox sahədə bədənə dəstək verir.
Malta almasının sağlamlığa faydaları:
İmmun sistemini gücləndirir – Bol miqdarda A və C vitamini ehtiva etdiyi üçün bədəni infeksiyalardan qoruyur və immun sisteminin güclənməsinə kömək edir.
Həzm sisteminə dəstək olur – Lif zəngini olduğundan qəbizlik probleminin qarşısını alır və mədəni rahatladaraq həzmi asanlaşdırır.
Göz sağlamlığını qoruyur – İçərisindəki beta-karoten xüsusilə göz sağlamlığının qorunmasına kömək edir, müntəzəm istifadə yaşa bağlı göz xəstəliklərinin qarşısını ala bilər.
Dəri və saç sağlamlığı üçün təbii dəstək – Antioksidant xüsusiyyətləri sayəsində dərinin yaşlanmasını gecikdirir və saçların güclənməsinə yardım edir.
Ürək və damar sağlamlığını qoruyur – Aşağı natrium və yüksək kalium tərkibi ilə qan təzyiqinin tarazlanmasına kömək edir və ürək sağlamlığını dəstəkləyir.
Diqqət edilməli məqamlar – Malta alması faydalı meyvə olsa da, çox istehlak edildikdə mədə həssaslığı olan insanlarda narahatlıq yarada bilər. Həmçinin, çəyirdəklərinin yeyilməməsi vacibdir.
Müşviq Tofiqoğlu,
KONKRET.az