Sabah – 16 oktyabr 2026-cı il tarixdə saat 09.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib.
Bu barədə KONKRET.az-a Mətbuat Şurasından məlumat verilib.
Qeyd edilib ki, üzv təşkilatlar tərəfindən namizəd kimi göstərilmiş və səs toplamış Mətbuat Şurasının İdarə Heyətinin hazırkı üzvlərindən – Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş ediblər.
