Oqtay Qasımov: “Levon Ter-Petrosyanın açıqlaması erməni siyasi düşüncəsinin hansı yönə kökləndiyini ifadə edir”backend

Oqtay Qasımov: "Levon Ter-Petrosyanın açıqlaması erməni siyasi düşüncəsinin hansı yönə kökləndiyini ifadə edir"

Ermənistan cəmiyyətində baş verən son hadisələr ortaya  yeni-yeni reallıqlar çıxarır. Bir neçə gün əvvəl Nikol Paşinyanın debata çağırdığı prezidentlərdən biri-Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan Paşinyanı ağır ittiham etdikdən sonra internetdə yeni videolar peyda oldu. Bu, Paşinyanı Qarabağı təhvil verməkdə ittiham edən Levon Ter-Petrosyana ən tutarlı cavab idi. Bununla da, Paşinyan hakimiyyəti Ermənistan və Qarabağ ərazisində etnik təmizləməyə rəhbərlik edən Levon Ter-Petrosyanın mahiyətini ortaya qoydu. 1993-cü ilin iyulunda Ermənistanın 1-ci prezidenti özünün quldur dəstəsi qarşısında çıxışı zamanı hər şeyi etiraf edir.

Məsələylə bağlı KONKRET.az-a  açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, bloger Albert İsakovun yaydığı bu video Azərbaycan üçün çox əhəmiyyətlidir:

“Levon Ter-Petrosyanın 32 il əvvəl etdiyi çıxışın hazırda yaylması olduqca ciddi məsələdir. Azərbaycan cəmiyyətində yanılış olraq Levon Ter-Petrosyanla bağlı imic formalaşmışdı və onun konstruktiv, eyni zamanda müzakirə aparılacaq siyasətçi olduğu fikri önə çıxarılırdı. Amma unudulurdu ki, məhz Azərbaycan ərazilərinin işğalı, Xocalı soyqırımı,  Meşəli, Qaradağlı, Malbəyli kəndlərində törədilən qırğınlar  bir başa Levon Ter-Petrosyanın hakimiyyəti dövründə həyata keçirilib. Eyni zamanda, Ter-Petrosyan Qarabağ komitəsinin aktiv üzvü kimi azərbaycanlıların Ermənistandan köçürülməsinə rəhbərlik edən şəxslərdən biridir. Məhz onun göstərişləri digər cinayətkarlar, Köçəryan və Sərkisyan tərəfindən həyata keçirilib. Onlar məsələlərin icraçısı, Ter-Petrosyan isə  siyasi hakimiyyətin başında dayanan və qərar verən  şəxs rolunda çıxış edib.

Bu videonun ortaya çıxması təbii ki, Ermənistanda baş verən daxili-siyasi mübarizənin nəticəsidir. Amma bütün hallarda bu, olduqca əhəmiyyətlidir və qiymətli vəsaitdir. Nəzərə alsaq ki, Levon Ter-Petrosyan həmin çıxışında məhz Azərbaycan ərazilərinin işğalından, azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən danışır. Eyni zamanda Azərbaycan ərazisindən ermənilərin köçürülmsəi, Sumqayıt və Bakıda həyata keçirilən iğtişaşlarla bağlı çox ciddi açqlamalar verir. Bu da bizə beynəlxalq səviyyədə Ermənistanı ifşa etmək, o cümlədən Ermənistanın arqumentlərini alt-üst etmək üçün kifayət qədər materallar verir.  Məhz Levon Ter-Petrosyanın bu açıqlaması bir daha erməni cəmiyyətinin ruh halını, Ermənistan siyasi düşüncəsinin hansı yöndə kökləndiyini açıq şəkildə ifadə edir. Bu baxımdan, gələcəkdə əgər biz ciddi şəkildə bu materalı araşdırıb beynəlxalq səviyyəyə çıxara bilsək və hüquqşünaslarımız bu istiqamətdə ciddi fəaliyyət göstərsələr nəticə fərqli ola bilər. Qərbi Azərbaycanlılarla bağlı məsələnin məhz birinci ağızdan səslənməsi, bizim əlimizə kifayət qədər ciddi arqumentlər verir. Bunun da Ermənistandan qaçqın düşən soydaşlarımızın geri dönüş məsələsində müsbət təsiri ola bilər”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*