“Ora Quantanama həbsxanasıdır” – Sabiq məhkum bu cəzaçəkmə müəssisəsindəki işgəncələrdən danışdı – VİDEObackend

"Ora Quantanama həbsxanasıdır" - Sabiq məhkum bu cəzaçəkmə müəssisəsindəki işgəncələrdən danışdı – VİDEO

Söhbət Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsindən gedir.

KONKRET.az xəbər verir ki, sözügedən müəssisəsdəki özbaşınalıqlardan danışan Siyəzən rayon sakini, keçmiş məhbus Ruslan Məmməd oğlu Quliyev bu həqiqətlərin ölkə başçısına çatdırılmasını istəyir.

“14 saylı cəzaçəkmə müəssisəsi Amerikanın məşhur Quantanama həbsxanasıdır. Orada baş verən özbaşınalıqlar etdiyi cinayətdən asılı olmayaraq insanlığa qarşı törədilmiş ən böyük ədalətsizlik və cinayətdir. Bir insan o müəssisədə yaşananları həqiqətən haqq etməsi üçün hansı cinayəti etməldir, bilmirəm. Düşünəndə ağlım başımdan çıxır. Müharibədə əsir alınan düşmən əsirləri ilə heç elə rəftar etmirlər”, – deyə keçmiş məhkum bildirib.

Ruslan Quliyev deyir ki, 2018-ci ildə cəzasını çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində şahidi olduğu işgəncə və digər özbaşınalıq faktları barədə dəfələrlə Ədliyyə Nazirliyinə müraciət edib. Amma etdiyi müraciətlərin heç bir faydası olmayıb. Hər dəfə şikayət edəndə ona qarşı müxtəlif cəza tədbirləri həyata keçirilib. Daha sonra o, şikayət etməkdən vaz keçib.

“Beş məhbus etiraz olaraq damarlarını kəsdi. Amma onları qanunsuz əməlləri ilə intihar həddinə çatdıran şəxslər barədə heç bir tədbir görülmədi”. 2018-ci ildə 17 saylı cəzaçəkmə müəssisəsindən 14 saylı müəssisəyə xidmətə təyin olunan ədliyyə polkovnik-leytenantı Namiq Qocayevin təyinatından sonra cəzaçəkmə müəssisəsində işlər bir qədər də gərginləşdi. Dövlətin məhbuslar üçün ayırdığı azuqələrin bəziləri yemək menyusundan çıxarıldı. Həmin məhsullar müəssisədə olan kafedə pulla satılırdı. Digər zəruri məişət əşyaları isə, ümumiyyətlə, verilmirdi. Onları məhbusların ailə üzvləri və yaxınları gətirirdi.

Cəzacəkmə müəssisəsində olan hamam bağlanmışdı. Çimmək istəyən hər məhbusdan 30 dəqiqəsi üçün 1 manat pul tələb olunurdu. Bundan başqa müəssisədə telefonla danışmaq da ödənişli idi.

Xəstəxanaya getmək üçün həkimə 30-50 manat pul vermək lazım idi”.

Keçmiş məhbusun NOCOMMENT.az-a verdiyi video müraciəti təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*