Ukraynadan geriyə qalan ərazi yenidən Rusiya ilə NATO arasında bufer zonası olacaq.
KONKRET.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ötən ilin siyasi yekunlarına dair çıxışında bildirib.
Onun sözlərinə görə, Ukraynanın qalan ərazisinin Aİ-yə daxil olub-olmayacağına Macarıstan qərar verəcək.
Hökümət başçısı onu da əlavə edib ki, Ukraynanın Avropa İttifaqına qoşulması macar fermerlərini və bütün və ölkəsinin milli iqtisadiyyatını məhv edəcək.
“Ukrayna Macarıstanın maraqlarına zidd hərəkət edərsə, heç vaxt Aİ-yə daxil olmayacaq”, – Orban vurğulayıb.
KONKRET.az