Ordudakı bu vəziyyət Ermənistanı silkələdi – Yüksək rütbəli generallar qurban seçildibackend

Ordudakı bu vəziyyət Ermənistanı silkələdi – Yüksək rütbəli generallar qurban seçildi

Ermənistan ordusunda ölüm hallarının artması və Silahlı Qüvvələrdə yaranmış vəziyyət cəmiyyətdə ciddi narazılıq doğurub.

KONKRET.az xəbər verir ki, Müdafiə Nazirliyində yeni kadr dəyişikliklərinin hazırlandığı bildirilir.

Ermənistanın “Hraparak” qəzeti müdafiə naziri Suren Papikyanın bir neçə yüksək rütbəli generalı vəzifədən uzaqlaşdırmağa hazırlaşdığını yazıb.

Nəşrin məlumatına görə, ordudakı vəziyyətlə bağlı narazılıq yalnız cəmiyyətdə deyil, hakim “Vətəndaş müqaviləsi” daxilində də mövcuddur. Hakimiyyət nümayəndələrinin zabit heyətinin onların maraqları naminə kifayət qədər effektiv işləmədiyini düşündüyü bildirilir.

“Hraparak” yazır ki, Papikyan özünün istefası ilə bağlı tələblərdən diqqəti yayındırmaq və güclü nazir obrazı yaratmaq üçün bir neçə yüksək rütbəli generalı vəzifədən azad edərək onların yerinə daha gənc və idarəolunan kadrlar gətirmək niyyətindədir.

Qəzet istefaya göndəriləcəyi deyilən bütün generalların adlarını açıqlamayıb. Konkret olaraq yalnız Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Temur Şahnazaryanın adı çəkilib. “Hraparak”ın mənbəsi onun yaxın vaxtlarda vəzifəsini itirə biləcəyini bildirib.

Xəbərin yayılmasından sonra Ermənistan Müdafiə Nazirliyi Şahnazaryanla bağlı məlumatı təkzib edib. Nazirliyin mətbuat katibi Şahnazaryanın vəzifədən azad ediləcəyi barədə xəbərin həqiqətə uyğun olmadığını bildirib. Bununla yanaşı, Müdafiə Nazirliyində yaxın vaxtlarda yeni təyinatların gözlənildiyi təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl ordudakı vəziyyət fonunda Silahlı Qüvvələrin mənəvi-psixoloji təminat idarəsinin rəisi Sereja Stepanyan və Hərbi Polisin rəisi Aşot Zakaryan vəzifələrindən azad edilmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*