Ötən il cinayət törədən qadınların sayı açıqlandı – RƏSMİbackend

Ötən il cinayət törədən qadınların sayı açıqlandı - RƏSMİ

Azərbaycanda ötən il cinayət törədən qadınların sayı açıqlanıb.

Bu barədə KONKRET.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə,  qadınlar ən çox oğurluq ediblər.

Belə ki, 2019-cu ildə ölkədə cinayət törədən 1039 qadından 11 nəfəri adam öldürüb, bir nəfər isə öldürməyə cəhd edib.

Eyni zamanda cinayət törədən qadınların 137-si oğurluğa, 100-ü dələduzluğa, 97-si narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, 58-i yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaya, 46-sı xuliqanlığa, dördü rüşvətxorluğa görə məsuliyyətə cəlb ediliblər.

Qadınların törətdiyi yol-nəqliyyat qəzalarında zərərçəkənlərdən doqquz nəfəri ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*