Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə azalmaqda davam edir.
KONKRET.az xəbər verir ki, bunu Qırğızıstanın Çolpon-Ata şəhərində jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Ermənistan arasında münasibətlərdə yaranan vəziyyət əvvəlcədən proqnozlaşdırılırdı və Rusiya tərəfi son 3-4 il ərzində bu barədə İrəvandakı tərəfdaşlarını xəbərdar edib.
Overçuk bildirib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə – təxminən 12 milyard dollara çatmışdı. 2025-ci ildə bu göstərici 8 milyard dollara enib.
Rusiya rəsmisinin sözlərinə görə, 2026-cı ildə isə ticarət dövriyyəsi ötən illə müqayisədə təxminən 2/3 nisbətində azalıb və bu azalma tendensiyasının davam edəcəyi gözlənilir.
Natiq Səlim,
KONKRET.az
