Özbəkistan, Azərbaycan və Qazaxıstan saziş imzaladıbackend

Özbəkistan, Azərbaycan və Qazaxıstan saziş imzaladı

Özbəkistan, Azərbaycan və Qazaxıstan “yaşıl” enerji dəhlizi haqqında saziş imzalayıb.

KONKRET.az xəbər verir ki, Özbəkistan, Qazaxıstan və Azərbaycanın magistral elektrik şəbəkələrinin operatorları “yaşıl” enerji dəhlizi layihəsini həyata keçirmək üçün birgə müəssisə yaradıblar. Bu üç ölkə Avropaya “yaşıl enerji dəhlizi”nin yaradılması layihəsi çərçivəsində təsis sazişi imzalayıblar.

Müqavilə üç ölkənin magistral elektrik şəbəkələrinin operatorları – Azərbaycanın “Azərenerji”, Qazaxıstanın “KEGOC” və Özbəkistanın Milli Elektrik Şəbəkələrinin operatorları tərəfindən imzalanıb. Sənəd üç ölkə prezidentinin noyabrın 13-də imzaladığı sazişin həyata keçirilməsini, eləcə də Avropa İttifaqının “Yaşıl sövdələşməsi” kimi yeni təşəbbüsləri nəzərə almaqla elektrik enerjisi ticarəti imkanlarının genişləndirilməsini nəzərdə tutur. 2050-ci ilə qədər sıfır istixana qazları və ümumi ətraf mühitin çirklənməsi).

Tərəflər layihənin həyata keçirilməsi üçün Bakıda birgə müəssisənin yaradılması barədə razılığa gəliblər. İtaliyanın CESI şirkəti məsləhətçi qismində çıxış edəcək və layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*