Özbəkistan latın əlifbasına keçdibackend

Özbəkistan latın əlifbasına keçdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev latın qrafikasına əsaslanan özbək əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva özünün “Telegram” kanalında məlumat verib.

“Nəhayət, çoxillik tarixi səhv düzəldildi. Bu gün prezidentimiz latın qrafikasına əsaslanan özbək əlifbasının təkmilləşdirilməsi haqqında qanunu imzaladı. Bu məsələ illər boyu mübahisələrə səbəb olurdu və sonu görünmürdü”, – deyə Mirziyoyeva qeyd edib.

İndiyədək Özbəkistanda kiril və latın qrafikalı əlifbalardan istifadə olunurdu. Yeni qərara əsasən, özbək əlifbası əvvəlki 26 hərf və üç hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq.

Qeyd edək ki, Özbəkistanda ərəb əlifbasını əvəz edən latın qrafikası ilk dəfə 1929-cu ildə rəsmi olaraq tətbiq edilib. 1940-1942-ci illərdə isə kiril əlifbasına keçilib.

Ölkə müstəqillik qazandıqdan sonra, 2 sentyabr 1993-cü ildə parlament latın qrafikalı əlifbaya keçid haqqında qanun qəbul edib. Lakin əlifbanın yekun variantı Senat tərəfindən yalnız 10 sentyabr 2026-cı ildə təsdiqlənib. Beləliklə, yeni əlifbaya keçidlə bağlı proses 33 il davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*