Müğənni Aynur Dadaşova özünə qəbir yeri alıb.
KONKRET.az xəbər verir ki, o, “Bir gün” verilişində vəsiyyətini açıqlayıb:
“Atam olmasaydı, bəlkə də mən Aynur Dadaşova olmazdım. Mən 10 yaşlarımda ifaçılığa başlamışam. Valideynlərim sayəsində tanınmış müğənni olmuşam. Ailədə beş nəfərik. Beşimizində məzarı bir yerdə olacaq. Vəsiyyət eləmişəm ki, məni bacım Günelin yanında dəfn eləsinlər”.