Özünü və iki azyaşlı uşağını binadan aşağı atan Nigar… – MƏHKƏMƏbackend

Özünü və iki azyaşlı uşağını binadan aşağı atan Nigar... - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan 30 yaşlı Nigar Cəfərovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

KONKRET.az  hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 3-ə təyin edilib.

Hadisə ötən il dekabrın 20-də paytaxtın Yasamal rayonu ərazisində baş verib. N.Cəfərova azyaşlı övladları – 2017-ci il təvəllüdlü Hüseyn Cəfərovu və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində mənzilin yataq otağındakı pəncərədən yerə atıb. Daha sonra isə özü də pəncərədən yerə atılıb.

Azyaşlılar dərhal xəstəxanaya çatdırıldıqlarından sağ qalıblar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İlkin məlumata görə, N.Cəfərovanın belə bir addım atmasına səbəb ailə münaqişəsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*