Pakistan Hindistandan 64 illik su müqaviləsinə əməl etməyi tələb etdibackend

Pakistan Hindistandan 64 illik su müqaviləsinə əməl etməyi tələb etdi

Pakistan Hindistandan Dünya Bankının zəmanəti ilə 1960-cı ildə imzalanmış 64 illik Hind Suları Müqaviləsinə (IWT) əməl etməsini istəyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç paytaxt İslamabadda keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Hind Suları Müqaviləsinin illərdir iki ölkənin mənafeyinə xidmət edən əhəmiyyətli bir razılaşma olduğunu ifadə edən Baluç deyib:

“Biz inanırıq ki, bu, suyun bölüşdürülməsinə dair ikitərəfli sazişlərin qızıl standartıdır. Pakistan sazişin həyata keçirilməsinə tam sadiqdir. Biz Hindistanın da sazişə əməl etməsini gözləyirik”.

İki ölkənin “Hind Komissarları” adlı ortaq bir mexanizm olduğunu xatırladan Baluç bildirib ki. “Pakistan ekoloji tarazlığı təmin etmək, ətraf mühiti qorumaq və ətraf mühitlə bağlı mənfi addımlardan qaçınmaq üçün ortaq bir məsuliyyət daşıdığımıza inanır. İnanırıq ki, bütün problemlərlə bağlı razılaşma bu mexanizmdə müzakirə oluna bilər”.

Hindistan razılaşmaya yenidən baxılmasını istəyirdi

Hindistan avqustun 30-da İslamabad administrasiyasını xəbərdar edib və sözügedən sazişə yenidən baxılmasını istəyib.

Pakistan Hindistanı qərb çaylarında bəndlər tikməklə razılaşmanı ardıcıl olaraq pozmaqda günahlandırır, Yeni Dehli isə razılaşmanın nəticəsi olaraq İslamabadın Yeni Dehlidən daha çox suya nəzarət etdiyinə inanır.

Hindistanın həm də bəndlərin tikintisi və Tibetdən qaynaqlanan və Hindistanın suvarma ehtiyacının üçdə birini ödəyən Brahmaputra çayının istiqamətinin dəyişdirilməsi ilə bağlı Çinlə su mübahisəsi var.

Hind Suları Müqaviləsi

Qeyd edək ki, 1960-cı ildə Dünya Bankının zəmanəti ilə Pakistan və Hindistan arasında imzalanan Hind Suları Müqaviləsinə əsasən, Hind çayını qidalandıran 6 çaydan Beas, Ravi və Sutlej üzərində nəzarət Hindistana, Hind, Jelum və Çenaba nəzarət isə Pakistana verilib.

Hindistana verilən çaylar Hind çayını daha çox qidalandırdığı üçün Pakistana bu çaylar üzərində hüquqlar verilib. Sazişə Hindistanın enerji istehsalı, kənd təsərrüfatı və balıqçılıq hüquqlarına malik olacağına dair maddə də əlavə edilib.

Hindistanın tikdiyi bəndlərə görə Pakistanda su çatışmazlığı və ya daşqın riski var.

Pakistan iqtisadiyyatının 20 faizinin Hind çayı ətrafındakı fəaliyyətlərdən asılı olduğu bildirilir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*