Dörd girov Paris yaxınlığındakı restorandan azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Mənbə qeyd edir ki, onları hədələyən restoran sahibi saxlanılıb.
Məlumata görə, girovlardan heç biri xəsarət almayıb. Onları saxlayan şəxslə danışıqlar təxminən iki saat davam edib. Əməliyyat zamanı polis odlu silahdan istifadə etməyib.
KONKRET.az