“Paşinyan Konstitusiyanı Türkiyə və Azərbaycanın istəyi ilə dəyişir”.
KONKRET.az xəbər verir ki, bunu separatçı David Qalstyan deyib.
O, öz revanşist xislətinə sadiq qalaraq bildirib ki, Paşinyanın əsas məqsədlərindən biri də Qarabağı unutdurmaqdır.
“Bu gün Ermənistan hakimiyyəti Türkiyə-Azərbaycan tandeminin nəzarəti altındadır və onların bütün hərəkətləri Ankara və Bakını razı salmaq üçün həyata keçirilir. Qarabağ məhz Paşinyana görə itirilib. Müharibədə uduzan Ermənistanın indiki hökuməti heç nə edə bilməz”, – Tatoyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az