“Paşinyan bu addımla Moskva-Bakı münasibətlərində çat yaratmaq istəyir” – İLGİNC DETALLARbackend

“Paşinyan bu addımla Moskva-Bakı münasibətlərində çat yaratmaq istəyir” - İLGİNC DETALLAR

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib ki, İrəvan Ankara ilə münasibətlərinin normallaşdırlması üçün Moskvadan vasitəçilik etməsini istəyib. Unanyanın sözlərinə görə, Rusiya da daxil olmaqla bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini təklif edib. İrəvan bu məqsədlə Moskvanı seçib: “Rusiya da daxil olmaqla, bir neçə beynəlxalq partnyorlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dəstək verməyə hazır olduğunu bildirib. Biz Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq. Əgər nə vaxtsa bu barədə danışqılar olsa, məlumat verəcəyik”.

Bəs Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla məsələləri (dəhliz, sərhəd, sülh sazişi) həll etməmiş nədən Türkiyə ilə münasibətlərin normallaşması məqsədilə Moskvaya müraciət edib?

KONKRET.az-a açıqlama verən politoloq Elxan Şahinoğlunun Fikrincə, bunun arxasında hiyləgər gediş var: “Məsələ burasındadır ki, İrəvanın növbəti açıqlamasında da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması tələbi dayanıb. Ankara isə Ermənistandan birinci növbədə Türkiyənin və Azərbaycanın ərazi bütövlüklərini tanımağı tələb edib. Bundan başqa Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun bəlli açıqlaması var ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Bakı ilə koordinasiyalı şəkildə çalışacaq. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğundur. Yəni Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki, torpaq iddialarından vaz keç və dəhlizin açılmasını təmin et, bunun qarşılığında əlaqələr quraq, əməkdaşlığa başlayaq, bölgədə yeni platforma yaradaq”.

Elxan Şahinoğlu — Vikipediya

Politoloq əlavə edib ki, İrəvan bunun əksinə “biz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq, Ankara isə yenə şərt qoşur” mesajını Moskvaya ünvanlamaqla məhz Türkiyənin oyun pozucu olduğunu göstərməyə çalışır: “Paşinyan həm də ona ümid edir ki, Moskva da, İrəvan kimi Ankaraya məsləhər görəcək ki, ilkin şərt irəli sürmədən Ermənistan hakimiyyəti ilə danışıqlara başlasın. Paşinyan bununla Moskva-Bakı münasibətlərində də çat yaradacağına ümid edir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Zaur Bakidan
    Noyabr 23, 2021 - 19:55

    Kakoy to pawik xay ….xui xitrojopiy stal….tuftu qonit ……A mojet Jeleznim Kulakom ewe raz doLbonut ego …

Zaur Bakidan üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*