Ermənistanın baş naziri Nikol Paşinyan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi danışıqlarla bağlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, o bildirib ki, hələlik konkret bəyanatlar üçün vaxt tezdir, lakin danışıqlarda real irəliləyiş olacağı təqdirdə bu barədə hər kəs məlumat alacaq.
“Görüş zamanı bir sıra konstruktiv ideyalar səsləndi və tərəflər bu təkliflərə maraq göstərdilər. Ümid edirəm ki, bu formatda dialoqu davam etdirəcəyik – istər Əbu-Dabidə, istərsə də başqa bir yerdə,” – deyə Paşinyan qeyd edib.
Natiq Səlim,
KONKRET.az