ABŞ-nin Ermənistandakı səfirliyi 1995-ci ildən bəri Ermənistanın baş naziri Nikol Paşinyanla müntəzəm əlaqə saxlayıb və onun jurnalistika işinə nəzarət edib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin keçmiş müdafiə naziri Arşak Karapetyan səfirlik yazışmalarına istinadən məlumat verib.
Karapetyanın sosial mediada dərc olunmuş 2008-ci il tarixli ABŞ səfirliyinin sənədinə görə, “Bu dövrdə onun effektivliyi… qeyri-sabit xarakteri və məsuliyyətsizliyi səbəbindən minimal idi… Eyni zamanda, onun enerjisi və emosional təsiri nikbinliyə ilham verirdi”.
Xüsusilə, nəşrdə 1997-1998-ci illərdə Paşinyan “Oragir” qəzetinin yaradılmasında maliyyə yardımı aldığı və 1999-cu ildə səfirliyin ona “Armenian Time” qəzetinin nəşrində kömək etdiyi və nəşrini qismən maliyyələşdirdiyi açıqlanır.
