Ermənistan kommunikasiyaların açılması məsələsinə ərazi bütövlüyü kontekstində baxır.
KONKRET.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
“Kommunikasiyaların açılması ilə bağlı bütün müzakirələrimizdə, vurğulamaq lazımdır ki, biz Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində görmüşük, görürük və görəcəyik. Biz heç vaxt bu gündəliyə zidd olan müzakirələr aparmamışıq”, – o qeyd edib.