Paşinyan niyə Rusiyadan 2 milyard dollar tələb edir? – SƏBƏBİNİ AÇIQLADIbackend

Paşinyan niyə Rusiyadan 2 milyard dollar tələb edir? - SƏBƏBİNİ AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkənin dəmir yollarını idarə etməsinə görə 2 milyard dolların Rusiyadan tutulması ilə bağlı əvvəlki açıqlamasını dəqiqləşdirib.

KONKRET.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, söhbət yalnız nəzərdən keçirilən variantlardan birindən gedib və məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.

Baş nazir bildirib ki, problem Rusiyanın dəmir yoluna sahib olması və ya konsessiya müqaviləsinin özü deyil. Əsas məsələ Ermənistanın beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya baxımından tarixi fürsəti əldən verməsi riskidir.

Onun sözlərinə görə, Ermənistan dəmir yolu infrastrukturundan istifadə edə biləcək iri potensial tərəfdaşlar investisiya marağı göstərmir və Ermənistan ərazisindən yan keçən alternativ marşrutlar axtarırlar.

“Görürük ki, onlar bu marşrutdan istifadə etmirlər, Ermənistanın yanından keçən digər yollar axtarırlar. Biz soruşuruq ki, onlar niyə Ermənistandan yan keçirlər və başa düşürük ki, əsas səbəb məhz budur”, – Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı vurğulayıb ki, hakimiyyət Rusiya tərəfi ilə konsessiya müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini məqbul variant hesab etmir və “dostyana həll” tapmağa çalışır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*