Paşinyan ölkədə məmurların istefa səbəbini açıqladıbackend

Paşinyan ölkədə məmurların istefa səbəbini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan genişmiqyaslı istefaların səbəbini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən geniş müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələrdən getmələrini xahiş etmişəm.

Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil. Bu barədə onlara açıq şəkildə söyləmişəm.

Eyni zamanda, adları çəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm və hər kəsə töhfələrinə və xahişimi başa düşdüklərinə görə təşəkkür edirəm”, deyə o, qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*