Paşinyan Roma Papası ilə görüşəcəkbackend

Paşinyan Roma Papası ilə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 18-dən 20-dək Vatikanda işgüzar səfərdə olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Məlumata görə, oktyabrın 19-da Paşinyan arxiyepiskop İqnatiya Maloyanın və daha altı nüfuzlu müqəddəsin müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun sədrliyi ilə keçiriləcək kanonizasiya (ölən şəxsin rəsmi olaraq müqəddəs kimi tanındığı və adının müqəddəslər siyahısına əlavə edildiyi rəsmi kilsə tədbiri) mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistanın Baş nazirinin Roma Papası, eləcə də Vatikanın dövlət katibi kardinal Pyetro Parolinlə görüşü nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*