Paşinyan sülhə “yaşıl işıq” yandırdı – MÜHÜM MESAJLARbackend

Paşinyan sülhə "yaşıl işıq" yandırdı - MÜHÜM MESAJLAR

Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi sülh mesajları Ermənistan–Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Bəs mövcud siyasi şəraitdə iki ölkə arasında sülh sazişi nə vaxt imzalana bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Paşinyanın son açıqlamaları onun Azərbaycanla sülh prosesinin davam etdirilməsində maraqlı olduğunu göstərir.

Politoloq sebebleri açıqladı – Yeni Balakən qəzeti

“Nikol Paşinyanın verdiyi mesajlardan aydın görünür ki, o, Azərbaycanla sülh prosesinin davam etməsində maraqlıdır və bu proses davam etdiriləcək. Çünki sülh gündəmini və bu istiqamətdə əsas çərçivəni müəyyən edən tərəf Azərbaycandır. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı konkret mövqeyi var və proses məhz Azərbaycanın ortaya qoyduğu şərtlər əsasında inkişaf edir”.

Əmrəliyev qeyd edib ki, Ermənistan rəhbərliyi bu reallığı nəzərə almağa məcburdur:

“Ermənistan və Azərbaycan arasında uzun müddətdir genişmiqyaslı silahlı qarşıdurma müşahidə olunmur və proses mərhələli şəkildə sülh istiqamətində irəliləyir. Paşinyan artıq bu məsələlərlə bağlı müəyyən razılıqlar verib. Uzun müddətdir ki, Ermənistan və Azərbaycan arasında hər hansı ciddi silahlı münaqişə yoxdur. Proses öz axarı ilə sülhə doğru yönəlir. Nikol Paşinyanın yenidən baş nazir olması da bu baxımdan müəyyən sabitlik yaradır. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı yönəlmiş müddəalar aradan qaldırıldıqdan sonra sülh müqaviləsinin imzalanması üçün ciddi maneə qalmayacaq. Hazırda Paşinyanın əsas diqqəti məhz bu məsələnin həllinə yönəlməlidir”.

Əmrəliyev hesab edir ki, İrəvan bu istiqamətdə addımlar atacağı təqdirdə gələn il Ermənistan–Azərbaycan sülh sazişinin imzalanması üçün əlverişli şərait formalaşacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*