Paşinyan Trampı TƏNQİD ETDİ: “Razı deyilik”  backend

Paşinyan Trampı TƏNQİD ETDİ: "Razı deyilik"  

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın keçmiş dövlət katibinin köməkçisi Ceyms O’Brayenin açıqlamalarına münasibət bildirib və Tramp administrasiyasının fəaliyyətindən narazılığını ifadə edib.

KONKRET.az bildirir ki, Paşinyan çıxışında deyib:

“Əgər cənab O’Brayen Ermənistan Respublikasının həssaslığından danışırsa, qeyd etməliyəm ki, ölkəmiz məhz onun və onların hakimiyyəti dövründə ən çox həssas vəziyyətdə olub. Sizə 2021, 2022 və 2023-cü illərdə baş verən hadisələri xatırlatmaq istəyirəm. Biz heç vaxt ABŞ-ın indiki administrasiyasının regionumuzda sülh gündəminə dəstək baxımından reaksiyasından və fəaliyyətindən razı qalmamışıq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*