Paşinyana bu da AZDIR – Ruslar Nikolu yenə HƏDƏLƏDİ – CƏDVƏLbackend

Paşinyana bu da AZDIR - Ruslar Nikolu yenə HƏDƏLƏDİ - CƏDVƏL

Paşinyan bağırır, söyüş söyür. Rusiyaya qarşı daha bir etiraz notası göndərir. Bu dəfə Maria Butina və onun Birinci Kanalda “Tuttinin varis kuklaları” şousu üçün özünü “xarakiri edir”.

Verilişdən danışmayacağıq. Orada təbii ki, erməni liderini sözün əsl mənasında təhqir ediblər. Paşinyan öz rəqiblərinə qarşı amansızdır. Qərbi arxasına alan “demokrat” amansız və ədalətsiz şəkildə savaşır, mövqeyini qoruyur və Rusiyanı qıcıqlandırmaqda davam edir. Rus ayısının səbrini ölçməyə fürsət tapan Nikol Zelenskiyə bənzəyir, fransızlarla mazaqlaşır, İranla yatağını bölüşür, diaspordan mədət ummağa çalışır, Vaşinqtonu və Londonu isə sınamaq istəyir. Onun sülh müqaviləsi haqqında düşüncələri səmimi görünmür. Heç diplomatik mesajlatı da düzgün ötürə bilmir. Onun nə düşündüyünü bir özü bilir, bir də Soros. Əlbəttə, bizə sərf edən odur ki, o, revanşistlərə qarşı duruş gətirə bilsin. Çünki regionda sabitliyi poza biləcək qüvvələrin, konkret olaraq 30 il rusların prezervativ kimi işlətdiyi Koçaryan və Sarkisyan kimilərin öhdəsindən yalnız Paşinyan gələ bilər. Amma dediyimiz ki, fransızlara olan eşqindən dombalan erməni siyasətçinin ayağı çox sürüşkən görünür.

Elə ona görə də bütün region ölkələri Ermənistanı böyük pullar qazana və iqtisadiyyatlarını qura biləcəkləri yeni nəqliyyat dəhlizi olmadan tərk etmək qərarına gəlib.

Əvvəlcə Azərbaycandan Naxçıvana və Türkiyəyə uzanacaq bu nəqliyyat arteriyasının Ermənistana məxsus Zəngəzur dəhlizindən keçəcəyi düşünülürdü. Lakin 3+3 (Rusiya, İran, Türkiyə və Azərbaycan, Gürcüstan, Ermənistan) görüşündən sonra Azərbaycanın vitse-prezidenti Hikmət Hacıyev qəfil bəyanat verdi ki, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi artıq Bakı üçün cəlbedici deyil, marşrut İrandan keçəcək. Ermənistandan keçən layihə bizim üçün öz cəlbediciliyini itirib.

Tehran da bu razılaşmanı açıq şəkildə təsdiqləyib. Üstəlik, hələ sovet dövründə İran ilə Culfa (Naxçıvan) arasında dəmir yolu çəkilmişdi. Və əslində, indi belə çıxır ki, Transqafqazdan bir yox, iki nəqliyyat dəhlizi keçəcək. Birincisi “Şimal-Cənub” (Leninqrad vilayətindən Hindistana), ikincisi Çindən Avropaya.

Və hər ikisi Bakıdan keçəcək. İrəvan heç bir layihədə iştirak etməyəcək. O, təkcə tranzit ölkələr siyahısına daxil edilməyib. Kimin günahkar olduğunu hamımız başa düşürük.

Beləliklə, İrəvan Transqafqaz nəqliyyat dəhlizindən təcrid olundu.

Paşinyanı düşündürən əsas məsələ ruslardır. O, Qərbin təşviqi ilə Gümrüdəki Rusiya bazasından hər vasitə ilə xilas olmaq və onun yerinə Fransa bazası qoymaq istəyir. Lakin Putin bütün kanallarla Nikola deyib ki, bu plan baş tutmayacaq. Bunun üç səbəbi var.

Birinci. İkitərəfli müqavilə 2044-cü ilə qədər qüvvədədir və rusların orada daha 21 il qalmaq hüququ var.

İkinci, “Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında Rusiyanın Ermənistan Respublikası ərazisindəki hərbi bazası ilə bağlı” razılaşmaya əsasən, İrəvan təkbaşına belə bir qərar verə bilməz. Rusiya və erməni zabitlərindən ibarət hərbi komissiya toplanır və hərbi iştirak yalnız səs çoxluğu ilə ləğv edilə bilər. Yalnız bu şəkildə belə bir qərar verilə bilər. Aydındır ki, Rusiya öz əleyhinə səs verməyəcək, ona görə də qərar icra oluna bilməz.

Пашиняна оставили без торгового коридора. А теперь он узнал еще кое-что

Üçüncüsü də var. Əgər bu gün birdən-birə razılaşmaların dəyərsiz olduğu ortaya çıxsa və Ermənistan Qərbin dəstəyi ilə müqaviləni pozmağa cəhd etsə, o zaman aşağıdakı vəziyyət qüvvəyə minəcək.

Ermənistanda 4000 rus hərbçisi və bir neçə yüz tank, BMP, artilleriya sistemləri və digər texnikası var.

Пашиняна оставили без торгового коридора. А теперь он узнал еще кое-что

Xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanın öz arsenalı tükənib və Rusiya İrəvana hərbi-sənaye kompleksi məhsullarının tədarükü üçün lazım olan vaxtı xeyli artırıb. Belə bir vaxtda bu boyda və texnikada olan dəstəni zorla çıxarmaq son dərəcə çətindir.

Ruslar Paşinyana üçüncü xəbərdarlığı edib. Bu, iqtisadi təzyiqlərdir. Ermənistanın ticarət dövriyyəsinin bir cədvəlini nəzərdən keçirməyiniz üçün sizə təqdim edirik:

 

Göründüyü kimi, Ermənistanın ümumi ticarət dövriyyəsinin yarısı Rusiyanın payına düşür. Fərz etsək ki, Paşinyan Rusiya kontingentini Gümrüdən çıxarmaq qərarına gəlir və ya bu istiqamətdə başqa işlər görür, Ermənistan iqtisadiyyatı bir həftə ərzində 15%, bir ayda 30%, 6 ayda isə 40% azalacaq. Bu, on minlərlə iflas, iş yerlərinin itirilməsi və Ermənistan istehsal sənayesinin bütün sahələrinin fəaliyyətinin dayandırılması deməkdir.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Qeyd: Yazıda Aleksandr Boçkarevin materiallarından istifadə edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*