Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açıldı – VİDEObackend

Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açıldı - VİDEO

Lerik rayonunun Çayrud kəndinə gedən yol qismən bərpa olunub.

KONKRET.az xəbər verir ki, gün ərzində yerli sakinlər və yol idarəsi tərəfindən görülən işlər nəticəsində Çayrud kəndinə gedən yol qismən bərpa olunub.

Lerik rayonunun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun sözlərinə görə, bu gün səhər saatlarından görülən işlər nəticəsində yol qismən açılıb. Amma yola düşən daşı yerindən tərpənmək mümkün olmayıb:

“Bunun üçün xüsusi texnika lazımdır. Rayon icra hakimiyyətinin müraciəti əsasında həmin texnikanın rayona gətirilməsi gözlənilir”.

Qeyd edək ki, ərazidə təhlükəli vəziyyət hələ də qalmaqdadır. Buna görə də ərazidə təhlükəsizlik tədbirləri görmək üçün polis növbəli xidmət aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*