Azərbaycanlı MMA döyüşçüsü ABŞ-da çempionluq kəməri qazandı – VİDEObackend

Azərbaycanlı MMA döyüşçüsü ABŞ-da çempionluq kəməri qazandı - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən “Night of Champions” yarışında gecənin əsas döyüşündə qalib gələrək çempionluq kəməri qazanıb.

KONKRET.az xəbər verir ki, yarış UFC-də (“Ultimate Fighting Championship”) iştirak etmək üçün idmançılara vəsiqə verən Kaliforniyanın bir nömrəli döyüş təşkilatı olan “A1 Combat” tərəfindən təşkil olunub.

Belə ki, 29 yaşlı həmyerlimiz gecənin əsas yarışında 75 kq çəki dərəcəsində ilk raundda rəqibini nokauta göndərib. O, yarışda 9 döyüşü qələbə ilə başa vuran yerli tanınmış döyüşçü Sinjen Smitə (Sinjen Smith) qalib gəlib.

Mirəli Hüseynov qələbəsini arenada Azərbaycanın üçrəngli bayrağına bürünərək qeyd edib.

O bildirib ki, bu qalibiyyət ona “UFC”nin qapılarını açacaq: “Hədəfim “UFC”də Azərbaycanı təmsil etmək, ölkəmizin gücünü dünyaya göstərməkdir. Artıq bununla bağlı danışıqlar gedir və bir neçə gün içində “UFC”də iştirakımla bağlı bizə məlumat veriləcək”.

Qeyd edək ki, M.Hüseynov iki ildir Kaliforniyada “America Kickboxing Academy”də yarışlara hazırlaşır. O, bu ilin fevral ayında “Lights Out Xtreme Fighting” yarışında kəmər qazanıb.

  • Vüqar
    May 19, 2024 - 09:01

    Mirəli Hüseynovdan bəhs edirsiz yazıda.amma video Tahir Abdullayevə məxsusdur.diqqətiniz hardadı?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*