Yeniyetmənin çayda boğulmasının TƏFƏRRÜATLARIbackend

Yeniyetmənin çayda boğulmasının TƏFƏRRÜATLARI

Gəncəçayda batan 14 yaşlı yeniyetmə Murad Allahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

KONKRET.az xəbər verir ki, o, dostunu xilas edərkən həyatını itirib.

Muradın əmisi Qismət Allahverdiyev “Baku TV”yə bildirib ki, üç dost bir yerdə Gəncəçayı keçmək istəyib:

“O vaxt su çaya güclü gəlirmiş. Bu zaman onlardan birinin ayağı büdrəyib və yıxılıb. Su həmin uşağı 4-5 metr irəliyə aparıb. Murad bu zaman ona kömək edib və dostunu sudan çıxarıb, sonra isə ayağının altından torpaq qaçıb və yıxılıb, su da onu aparıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*