Paşinyandan Lukaşenkoya qarşı HÖRMƏTSİZLİK: “Onu Ermənistanda görmək istəmirəm”backend

Paşinyandan Lukaşenkoya qarşı HÖRMƏTSİZLİK: “Onu Ermənistanda görmək istəmirəm”

Şəxsən mən Avrasiya İqtisadi Birliyinin (AİB) sammitinin Ermənistanda keçirilməsini yersiz hesab etdim.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, dekabrın 4-də parlamentdə sual-cavab zamanı “Ermənistan həqiqətən AİB sammitinin Ermənistanda yox Sankt-Peterburqda keçirilməsini xahiş edibmi?” (Ermənistan AİB-ə sədrlik edən ölkə olduğu üçün) sualına cavab verərkən deyib.

“Bunun səbəbini deyə bilərəm. Çünki təəssüflər olsun ki, sizə məlum olan səbəbdən AİB-nin Ali İqtisadi Şurasının bütün üzvləri Ermənistan üçün arzuolunan deyil”, deyə o, qeyd edib.
Böyük ehtimalla Nikol Paşinyan Ermənistanda olması xoş qarşılanmayan Belarus prezidenti Aleksandr Lukaşenkoya eyham vurub.
Üstəlik, Paşinyan bir müddət öncə bildirib ki, nə qədər ki, Lukaşenko Belarusun prezidentidir, Ermənistana gəlməyəcək.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*