Paşinyandan rusiyayönümlü qüvvələrə sərt xəbərdarlıq: “Yetim qalacaqsınız!”backend

Paşinyandan rusiyayönümlü qüvvələrə sərt xəbərdarlıq: "Yetim qalacaqsınız!"

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədəki rusiyayönümlü müxalif qüvvələrə və bəzi siyasi fiqurlara ünvanlanmış kəskin bəyanatla çıxış edib. O, xaricdən təlimat alan şəxsləri müstəqil iradəyə sahib olmamaqda ittiham edərək, onları “yetim qalacaqları” ilə hədələyib.

KONKRET.az xəbər verir ki, Paşinyan konkret şəxslərə (Kaluqalı və Qaqo ləqəbli şəxslərə) müraciət edərək, onların heç vaxt müstəqil qərar vermədiklərini bildirib: “Hər ikiniz qulaq asın: əgər biz sizin nə isə etməyinizi istəsəydik, siz bunu sözsüz və itaətkarlıqla edərdiniz. Siz həyatınızda heç vaxt müstəqil addım atmamısınız və başqasının göstərişi olmadan heç bir əhəmiyyət kəsb etmirsiniz”.

Baş nazir xarici himayədarlara arxalanan qüvvələrə müraciətini daha sərt şəkildə davam etdirib: “Sizə elə gəlir ki, özünüzə ‘ata’ tapmısınız? Yetim qalacaqsınız! Özünə xaricdə ‘ata’ tapanların hamısı yetim qalacaq. Çünki Ermənistan Respublikasında ‘ata’ da, ‘ana’ da yalnız Ermənistan xalqı ola bilər, başqa heç kim!”. Bu çıxış Ermənistanın daxili siyasi arenasında və Rusiya ilə münasibətlər kontekstində növbəti gərginlik dalğası kimi qiymətləndirilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*