Paşinyan Erməni Apostol Kilsəsinə qarşı ciddi addımlar atmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dini rəhbərliyinə münasibətdə ciddi dəyişikliklərə çağırış edib.
O, sosial şəbəkədəki paylaşımında bildirib ki, “Ermənistan Respublikası bütün ermənilərin Katolikosunun seçilməsi məsələsində həlledici söz sahibi olmalıdır. Katolikos vəzifəsinə namizədlər mütləq şəkildə dürüstlük və səmimilik yoxlamasından keçməlidirlər. Bu məsələ birdəfəlik və qəti şəkildə həllini tapmalıdır”.
Paşinyanın bu bəyanatı ölkədə kilsə-dövlət münasibətləri ilə bağlı yeni gərginliklərin yaranacağı ehtimalını artırıb.
Natiq Səlim,
KONKRET.az