Erməni oliqarx və “Çiçəklənən Ermənistan” Partiyasının təsisçisi Qaqik Tsarukyanın malikanəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır.
KONKRET.az xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, axtarışlar təkcə Tsarukyanın yaşadığı malikanə ilə məhdudlaşmır.
Bildirilir ki, ona məxsus bütün müəssisələrdə və obyektlərdə, o cümlədən idman kompleksləri və hotellərdə də istintaq tədbirləri həyata keçirilir.
Hüquq-mühafizə orqanları tərəfindən əməliyyatın səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
